Deputatların adlarının koronovirusla mübarizəyə vəsait ayıranlar arasında olmamasına aydınlıq gətirildi

Deputatların adlarının koronovirusla mübarizəyə vəsait ayıranlar arasında olmamasına aydınlıq gətirildi

Ötən gün plenar iclasda spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis Koronovirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait köçürüb.

Modern.az saytının araşdırması zamanı məlum olub ki, bir neçə deputat istisna olunmaqla böyük çoxluğun adından Koronovirusla Mübarizəyə Dəstək Fonduna heç bir vəsait ödənilməyib.

Maraqlıdır ki, hər bir deputat məvacibinin bir hissəini bu fonda köçürdüyünü bəyan edib. Belədirsə, onların adları niyə Koronovirusla Mübarizəyə Dəstək Fondunda qeyd edilməyib.

Məsələni Milli Məclislə dəqiqləşdirərkən məlum oldu ki, ötən gün spikerin səsləndiridiyi 250 min manat məbləğə deputatların öz məvaciblərindən Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayırdıqları vəsait də daxildir. Eyni zamanda, Milli Məclis Aparatını işçilərinin də könüllü olaraq ianə etdikləri vəsait də 250 min manatın içərisindədir. Sadəcə,

Mənbə: modern.az