Britaniya əks-kəşfiyyat idarəsinə yeni direktor təyin edilib

Britaniya əks-kəşfiyyat idarəsinə yeni direktor təyin edilib

Böyük Britaniyanın əks-kəşfiyyat idarəsinə (Mİ-5) yeni direktor təyin edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, yeni direktor Ken Makkallum bu postda Endrü Parkeri əvəzləyib.

Bildirilib ki, o, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə bağlı cinayət işinə nəzarət edib.

K.Makkalum “Mİ-5”-in 18-ci direktoru oldu. Qlazqoda anadan olan yeni direktor 25 il əks-kəşfiyyatda işləyib. O, Şimali İrlandiyada sepatçılar, sonra isə islam adı altında fəaliyyət göstərən terrorçu qruplaşmalara qarşı mübarizə aparıb. 2012-ci ildə “Olipiada-2012”nin təhlükəsizliyini təmin edib.

Mənbə: report.az