Türkmənistanda “koronavirus” sözünə qadağa qoyuldu

Türkmənistanda “koronavirus” sözünə qadağa qoyuldu

Türkmənistanda “koronavirus” sözünə qadağa qoyulub.

İfadənin türkmən lüğətindən çıxarılması Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən pislənilib.

“Bu radikal addım türkmən vətəndaşların həyatlarını risk qarşısında qoyur,” deyə təşkilat bəyanat yayıb.

Dövlətin nəzarətində olan media orqanlarına "koronavirus" sözündən istifadə yasaq edilib və söz hətta məktəblərdə və xəstəxanalarda paylanan səhiyyə broşürlərindən də yığışdırılıb.

AzadlıqRadiosunun Türkmən Xidməti xəbər verir ki, küçələrdə üz maskaları taxan, yaxud koronavirus haqda danışan adamlar mülki geyimli polislər tərəfindən həbs oluna bilər.

"İnformasiyanın inkar edilməsi ən çox türkmən vətəndaşları risk qarşısında qoyur, lakin bu, həm də Prezident Qurbanqulu Berdimuxamedovun avtoritarizmini gücləndirməyə xidmət göstərir,” Sərhədsiz Reportyorların Şərqi Avropa və Orta Asita üzrə nümayəndəsi Jeanne Cavelier bildirib.

Türkmənistan hökuməti iddia edir ki, İranla sərhəd ölkədə bir nəfərə də koronavirusa yolxumayıb.

Sərhədsiz Reportyorların mətbuat azadlığı üzrə indeksində ən son yerdə qərar tutan Türkmənistan dünyanən ən qapalı ölkələrindən biri sayılır.

Mənbə: www.amerikaninsesi.org