Baş Qərargah rəisi karantinə alınıb

Baş Qərargah rəisi karantinə alınıb

Strateq.az “Jerusalem Post”-a istinadla xəbər verir ki, general Avi Kocavi təxminən 7 gün əvvəl bir sıra ordu komandirləri ilə görüşdə iştirak edib.

İndi həmin görüşdə iştirak etmiş komandirlərindən birinin koronavirusa yoluxduğu müəyyən olunub.

Səhiyyə Nazirliyinin təlimatına əsasən, general Koçavi həftənin sonuna qədər karantində olacaq.

Israil mediasının məlumatına görə, general Tamir Yadinin də karantində olduğu güman edilir.

Mənbə: strateq.az