Erməni ictimai xadim: “Təhlükəsizlik problemlərimizin həll edilməsində tək qaldığımızı başa düşərək inkişaflara hazır olmalıyıq”

Erməni ictimai xadim: “Təhlükəsizlik problemlərimizin həll edilməsində tək qaldığımızı başa düşərək inkişaflara hazır olmalıyıq”

“Beynəlxalq ictimaiyyət üçün Qarabağ probleminin yeganə məsələ olmadığını və indi diqqət mərkəzindən kənarda qalacağını, buna görə də təhlükəsizlik problemlərimizin həll edilməsində tək qaldığımızı başa düşərək inkişaflara hazır olmalıyıq”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin rəhbəri Tevan Poğosyan koronavirus probleminin danışıqların yoxluğu şəraitində Qarabağ münaqişəsi zonasında qarşıdurmanı zəiflədə biləcəyi sualına cavab verərkən deyib.

O qeyd edib ki, bu səbəblə oturub bütün ssenariləri - yaxşı, pis və orta ssenariləri hesablamaq lazımdır.

“Bəlkə də başa düşməliyik ki, yaranmış vəziyyət bizim üçün imkandır və irəli hərəkət etməliyik”, - deyə Poğosyan bildirib.

ATƏT-in koronavirusla bağlı cəbhə xəttində monitorinqləri müvəqqəti olaraq dayandırması bəyanatına toxunarkən Poğosyan qeyd edib ki, monitoirinq əvvəllər də olub, lakin vəziyyətə heç bir təsir göstərməyib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az