Koronovirusdan da ağır, sağalmaz xəstəlik siz zavallılarındır - Cəhalət xəstəliyi...

Koronovirusdan da ağır, sağalmaz xəstəlik siz zavallılarındır  - Cəhalət xəstəliyi...

"İmam Hüseyn Əzadarları ilə çalışdı" başlığı ilə iş yerini göstərən Hasan Aliyev profilli birisi Son Xeberler adlanan Azərbaycanlı QUMcuqların saytında şəklimi paylaşaraq xəbər yayıb ki, bəs xurafata, nadanlığa qarşı düşmən olan Fazil Mustafa koronavirusa yoluxub. Bu paylaşımın altından əksəriyyət narahatçılığını ifadə edərək bu cür şərəfsizliyə görə QUMcuqları qınayıblar.

Dəyərli vətəndaşlarımıza, dostlarımıza bildirirəm ki, bizə qarşı bu cür yalanlar, böhtanlar eyni şəbəkədən dəfələrlə təkrarlansa da, məsələnin ürək ağrıdan tərəfi odur ki, heç olmazsa böhtan atanda, yalan məlumatları tirajlayanda İslamın dəyərli şəxsiyyətləri olan Hüseyn ibn Əlinin və ya başqa şəxsiyyətlərin adlarını önə çəkməyin. Çünki onlar İslam tarixinin dəyərli şəxsiyyətləri olublar və kiməsə böhtan atmayıblar. Qaldı ki, xəstələnmək məsələsinə, Allaha şükür ki, sağ-salamatıq, işdir əgər xəstəliyə yoluxsaq belə bunda xəcalət çəkiləsi bir məqam yoxdur. Koronovirusdan da ağır, sağalmaz xəstəlik siz zavallılarındır- cəhalət xəstəliyi.

Qaldı ki, sizləri maliyyələşdirən, bizim vətəndaşımız olan bir sürü başıboşları da cərgənizə qoşduran QUMdakı ağalarınıza, sizlərdən fərqli olaraq oradakı müsəlman qardaşlarımıza qətiyyən xəstəlik arzulamıram, Allah dinindən asılı olmayaraq hər bir dünya insanının, o cümlədən İranda yaşayan bacı-qardaşlarımızın bu virus bəlasından xilasında yardımçı olsun!

Fazil Mustafa, Millət vəkili

Mənbə: moderator.az