Xalqı acından ölür, amma raket istehsal edir - Pompeo

İraqda ABŞ vətəndaşları və diplomatik nümayəndəliklərinə edilən hücumlara adekvat cavab verəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Xalqı aclıqdan öldüyü halda bəziləri (İran nəzərdə tutulur - red.) hələ də raket və bomba istehsal etməyə davam edir”, - deyə ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, İran generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra superdövlətin İraqda olan diplomatik nümayəndəlikləri müntəzəm raket atəşinə məruz qalır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür — STATİSTİKA

SONRAKI XƏBƏR

İran regionda gərginliyi artması istiqamətində atılan istənilən addımın əleyhinədir