İran regionda gərginliyi artması istiqamətində atılan istənilən addımın əleyhinədir

İran regionda gərginliyi artması istiqamətində atılan istənilən addımın əleyhinədir

Tehran, 31 mart, AZƏRTAC

İran regionda gərginliyin artması istiqamətində atılan istənilən addımın əleyhinədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib.

Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən “parlament və prezident seçkiləri”nə münasibət bildirən A.Müsəvi qeyd edib ki, rəsmi Tehran münaqişənin sülh yolu ilə və beynəlxalq sənədlər çərçivəsində həllinə tərəfdardır.

O qeyd edib ki, İran münaqişənin yenidən qızışmasına səbəb ola biləcək addımların əleyhinədir. Bildirilib ki, münaqişənin həllini mürəkkəbləşdirən əməllərdən çəkinmək lazımdır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az