Argentinada karantin rejimini pozan 20 min nəfər saxlanıldı

Argentinada karantin rejimini pozan 20 min nəfər saxlanıldı

Argentinada martın 20-dən bəri polis məcburi təcrid tələblərini pozan 20 min nəfərə yaxın şəxsi saxlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, həmçinin 1597 minik avtomobili müsadirə edilib.

Xatırladaq ki, bundan əvvəl Argentina prezidenti Alberto Fernandez vətəndaşların məcburi təcrid olunmasını 12 aprelə qədər uzatmışdı. Şəxsi nəqliyyatla səyahətə yalnız xüsusi icazə ilə çıxmaq olar. Əgər icazə vərəqəsi yoxdusa, həmin şəxs cərimə edilə və avtomobili karantin bitənə qədər müsadirə edilə bilər.

Bu vaxta qədər ölkədə 1054 yoluxma və 27 ölüm hadisəsi qeyd alınıb.

 

Camal

 

Mənbə: qaynarinfo.az