"Ünsiyyətdən qaçmaq kimi bir məqsədim olmayıb" - Deputat

"Ünsiyyətdən qaçmaq kimi bir məqsədim olmayıb" - Deputat

"Tənqidləri nəzərə alaraq, səhifəmdə özəl yazışma qutusunu yenidən açdım. Onu bağlamaqda məqsədimi yanlış anlayanlar oldu".

Cebhe.info xəbər verir ki, bunu deputat Erkin Qədirli bir müddət əvvəl sosial media hesabında mesajlaşma bölməsini bağlamağa münasibət bildirərkən deyib.

E.Qədirli bildirib ki, ünsiyyətdən qaçmaq kimi bir məqsədi olmayıb:

"Əksinə, hər kəsə cavab verməyə çalışıram. Hələ poçtla gələn məktubları demirəm. Elə olur ki, məktub yazanlarla gedib görüşürəm. Başqa dairələrdən də mənə yazırlar. Odur ki, qurulmaqda olan saytın daha səmərəli ola biləcəyinə inanıram.

Bununla belə, bir az düşünərək, tənqidləri haqlı saydım və özəl yazışma qutusunu yenidən açdım. Buyurun yazın".

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info