Türkiyə iki ölkəyə tibbi yardım göndərib

Türkiyə iki ölkəyə tibbi yardım göndərib

Türkiyə İtaliya və İspaniya dövlətlərinə koronavirusla mübarizəyə dəstək məqsədi ilə tibbi yardım göndərib.

Cebhe.info xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Tibbi yardım məhsullarını sözügedən ölkələrə daşıyan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarənin bu sabah Ankara hava limanından yola çıxdığı bildirilir.

Yardımın müxtəlif növ tibbi maskalar, kombinezon və antibakterial mayelərdən ibarət olduğu qeyd olunub.

Əli Bədir
Cebhe.info

 

 

Mənbə: cebhe.info