Qırğızıstan Prezidenti səhiyyə nazirini və baş nazirin müavinini işdən çıxardı

Qırğızıstan Prezidenti səhiyyə nazirini və baş nazirin müavinini işdən çıxardı

Qırğızıstan Prezidenti Soronbay Jeenbekov Səhiyyə Nazirliyinin rəhbəri Kosmosbek Çolponbayevi və baş nazirin müavini Altınay Omurbekovu işdən azad edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat yayılıb.

İşdən çıxarılmanın səbəbləri açıqlanmır, lakin dünən Təhlükəsizlik Şurasının iclasında Jeenbekov Səhiyyə Nazirliyini və koronavirus COVİD-19-a qarşı mübarizə üzrə Respublika qərargahını epidemiyaya qarşı mübarizədə buraxılan səhvlərə görə sərt tənqid edib.

Prezident Çolponbayevə “yanvarda siz iddia edirdiniz ki, bizim laboratoriyaların hamısı hazırdır. Məlum oldu ki, bu, belə deyil. Test üçün reagentlər çatışmır” deyib.

KONKRET.az

Mənbə: konkret.az