Koronavirusun dondurduğu münaqişələr - Müharibə riski nə qədərdir?

Koronavirusun dondurduğu münaqişələr - Müharibə riski nə qədərdir?

Dünyanı ağuşuna alan koronavirus pandemiyası ölkələr arasında davam edən münaqişələrin də gündəmdən düşməsinə səbəb oldu.

Hazırda bütün dünya ölkələrinin gündəmindı yalnız koronavirus var.

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi 25 ildən çoxdur davam edir, bundan başqa Rusiya-Gürcüstan, Rusiya-Ukrayna arasında gərginlik mövcuddur. Suriya məsələsi də bir müddət əvvəl gündəmdə idi və Türkiyə-Rusiya son olaraq bu bölgədə üz-üzə gəldi.

Maraqlıdır, aktiv münaqişə hesab olunan məsələlərdə müharibə riski nə qədərdir?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında hazırkı vəziyyətdə müharibə riskini yüksək qiymətləndirmədiyini deyib:

"Dünya ölkələrinin başı koronavirusa qarışıb. Hər bir ölkənin əsas məsələsi də məhz bu virusla mübarizədir. Ona görə də münaqişələrdə aktivlik müşahidə olunmur. Amma görürük ki, Azərbaycanla təmas xəttində Ermənistan atəşkəs rejimini pozur. Amma müharibə riskini yüksək qiymətləndirmək olmaz. O cümlədən Ukraynada da sakitlikdir. Amma virusla mübarizə uğurla yekunlaşandan sonra münaqişə bölgələrində gərgiliyin yüksəlməsi ehtimalı yüksəkdir".

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info