Erməni siyasi xadim: “Hakimiyyət avtoritar idarəetmə sisteminə doğru gedir”

Erməni siyasi xadim: “Hakimiyyət avtoritar idarəetmə sisteminə doğru gedir”

“Mən və əminəm, mənim kimi düşünən yüz minlərlə şəxs bu gün Ermənistan parlamentində növbədənkənar qaydada müzakirə olunan qanun layihəsinin koronavirus epidemiyası ilə hər hansı əlaqəyə malik olduğuna inanmırıq”. Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində “Vahid Ermənistan” partiyasının həmtəsisçisi Artur Qazinyan yazıb.

Onun sözlərinə görə, özünə “demokratiya bastion” elan etmiş hökumət Avropa Şurasına üzv dövlətlər arasında yeganə hökumətdir ki, müxalif mətbuatın işini məhdudlaşdırmaq, insanların şəxsi həyat və məlumatların gizliliyi hüququnun ləğvi üçün koronavirus epidemiyasından istifadə edir.

Alpər Mövludoğlu
Ordu.az
 

 

Mənbə: ordu.az