“1 Mart” işində ittiham olunan şəxs Ermənistana gətiriləcəkmi?

“1 Mart” işində ittiham olunan şəxs Ermənistana gətiriləcəkmi?

Rusiya Baş Prokurorluğu, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən Gömrük komitəsinin keçmiş rəhbəri Avetisyanın evinə quldurluq basqını təşkil etməkdə ittiham olunan Levon Sarkisyanın ekstradisiyası barədə qərar qəbul edib. Vaxtilə Serj Sarkisyanın himayədarı hesab edilən Levon Sarkisyan keçmiş deputat və Ermənistanın Respublika partiyasının keçmiş üzvüdür. Hakimiyyət dəyişikliyindən sonra Ermənistanda olmayıb və 2019-cu ilin noyabrında Rusiyada həbs edilib.

Levon Sarkisyan, keçmiş Ermənistan rəsmilərinin və Rusiyada sığınan şəxslərin digər bir nümayəndəsidir. Belə, ən azı məşhur olanlar beş nəfərdir.

Bu yaxınlarda Rusiya hüquq-mühafizə orqanları onlardan birini, “1 Mart” hadisəsinin keçmiş istintaq qrupunun rəhbəri, indi eyni işdə ittiham olunan Vahaqn Harutyunyanı həbs etmişdi. Ancaq həbsindən bir neçə gün sonra sərbəst buraxıldı. Ermənistan Prokurorluğundan verilən məlumata görə, Rusiya ərazisində ona qarşı ittiham müddətinin başa çatması səbəbindən sərbəst buraxılıb.

O, başqa bir işdə ittiham olunsa da, “1 Mart” cinayətində də ittiham edilir. İş ondadır ki, onun adı fakt toplama qrupu tərəfindən hazırlanan məlum işin siyahısında vardı.

Nümayişçilərə qarşı tətbiq edilən silah və sursat, cangüdənləri üçün hüquq mühafizə geyim dəsti alan oliqarxların siyahısından bəhs edirik. Lakin fakt toplama qrupunun keçmiş üzvü, hazırda “1 Mart” hadisəsinin qurbanlarının vəkili Seda Safaryan Levon Sarkisyanın həbsindən sonra bildirib ki, Ermənistana ekstradisiya olunduğu halda Sarkisyan “1 Mart”hadisəsinə görə də dindirilməlidir.

Ancaq Sarkisyan Ermənistana gətiriləcəkmi, Rusiya Prokurorluğunun qərarından sonra belə bu yaranan bir sualdır. Çünki bu qərar, Rusiya Federasiyasının səlahiyyətli məhkəməsində etiraz edilə və ləğv edilə bilər. Bunun baş verib-verməyəcəyi bəlli deyil.

Eyni zamanda, maraqlıdır ki, Levon Sarkisyanın ekstradisiyası barədə qərar Rusiya Prokurorluğu tərəfindən Vahaqn Harutyunyanın həbsi və sərbəst buraxılması fonunda qəbul edilir.

Rusiya, belə desək, Ermənistanı razı salmağa və Harutyunyanı saxlayıb, Levon Sarkisyanı təhvil verməklə mübadilə təklif etməyəmi çalışır? Ermənistan üçün hansı bahadır?

Alpər Mövludoğlu
Ordu.az
 

 

Mənbə: ordu.az