Koronavirusla mübarizə çərçivəsində Rusiya ABŞ-a tibbi yardım göndərib

Koronavirusla mübarizə çərçivəsində Rusiya ABŞ-a tibbi yardım göndərib

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Rusiya ABŞ-a tibbi yardım göndərib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, tibbi avadanlıq və maskalar yüklənmiş hərbi təyyarə bu gün səhər saatlarında ABŞ-a yola salınıb.

Qeyd edək ki, martın 30-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. İki ölkə lideri koronavirus pandemiyası ilə mübarizə yollarını müzakirə ediblər və Rusiya Prezidenti ABŞ-a tibbi yardım təklif edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında D. Trampın bu humanitar yardımı minnətdarlıqla qəbul etdiyini deyib.

Bu gün erkən saatlarda paytaxt Moskvadan kənarda yerləşən hərbi bazadan havaya qalxan təyyarənin uçuşa hazırlaşması, humanitar yardımın olduğu qutuların təyyarəyə yüklənməsi ilə bağlı görüntülər yayılıb.

Mənbə: apa.az