Rusiyanın ABŞ-a göndərdiyi hərbi yardım təyyarəsi yola çıxdı...

Rusiyanın ABŞ-a göndərdiyi hərbi yardım təyyarəsi yola çıxdı...

Rusiyanın ABŞ-a göndərdiyi hərbi yardım təyyarəsi yola çıxıb.

Xarici İşlər Nazirliyi açıqlamasında ABŞ-da kornavirus epidemiyası ilə mübarizədə ölkə vətəndaşlarının həyatını xilas etmək üçün yardım göndərdiklərini bildirib.

Moderator.az xəbər verir ki, hərbi təyyarədə tibbi ləvazimatlar və maskalar yola salınıb. Gecə saatlarında havaya qalxan təyyarə Rusiya televiziyasında canlı olaraq yayımlanıb. Bildirilir ki, Putin və Trampın telefon danışığından sonra belə bir qərar verilib. Putinin yardım təklifini Tramp məmnuniyyətlə qəbul edib.

Qeyd edək ki, Rusiya keçən həftə İtaliyaya da yardım göndərib. Çin və Avropadan sonra ABŞ-da koronavirusa yoluxanların sayı 189 min 633 nəfərə çatıb. Ümumi olaraq ölkədə ölənlərin sayı isə 4 min 81 nəfərə çatıb.

Mənbə: moderator.az