Koronavirus NATO-nu da “vurdu”

Koronavirus NATO-nu da “vurdu”

Bəşəriyyətin bəlasına çevrilən koronavirus (COVID-19) dünyanın ən güclü hərbi alyansı olan NATO-ya da sıçrayıb.

Cebhe.info xəbər verir ki, ötən gün NATO-nun Brüsseldəki baş ofisində aparılan yoxlamalar zamanı 5 koronavirus faktı aşkarlanıb.

Dəqiq say verilməsə də, dünyanın bir çox yerində fəaliyyət göstərən NATO əsgərləri arasında da koronavirusa yoluxanların olduğu bildirilib.

Mənbə: cebhe.info