HƏMAS rəsmisi keçirilən aksiyaların nəticələrindən danışdı

HƏMAS rəsmisi keçirilən aksiyaların nəticələrindən danışdı

Eastnews.org-un verdiği xəbərə görə, Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim İsrail rejiminə qarşı Qəzza zolağında və digər ərazilərdə keçirilən aksiyalardan danışıb.

Hazim Qasim açıqlamasında vurğulayıb ki, bu aksiyalar ABŞ planlarını yerə vurur.

"ABŞ görür ki, xalqımız haqqından geri addım atmır. Biz mümkün olan bütün yollarla xalqımızın haqqını müdafiə etməyə davam edəcəyik", - deyə Hazim Qasim diqqətə çatdırıb.

O qeyd edib ki, Fələstin xalqı bu gün həmişəkindən də bir-birilə daha mehriban olmalı, anlaşılmazlıqları aradan aparmalı və düşmənə qarşı birləşməlidir.

Mənbə: FİM

Mənbə: eastnews.org