Moskva niyə “1 Mart” işində adı çəkilən şəxsi ekstradisiya etmək qərarına gəldi?

Moskva niyə “1 Mart” işində adı çəkilən şəxsi ekstradisiya etmək qərarına gəldi?

Rusiya Baş Prokurorluğu 4 ay əvvəl Ermənistan Prokurorluğunun verdiyi vəsatəti təmin etmək və cinayət məsuliyyətinə cəlb etmək məqsədilə axtarışda olan “Alğaratsi Lyovik” ləqəbli Levon Sarkisyanı Ermənistana ekstradisiya etmə barədə qərar qəbul edib. Ancaq burada vacib bir məqam var, belə ki, Rusiya Baş Prokurorluğunun qərarı hələ qüvvəyə minməyib. Axtarışda olan Levon Sarkisyan onun ekstradisiyası barədə qərardan şikayət verə bilər və məhkəmə bunu təmin edərsə, Sarkisyanın ekstradisiya olunmayacağı bildirilir.
Başqa sözlə, Moskvanın son mövqeyi barədə danışmaq hələ tezdir və istənilən vaxt hər şey dəyişə bilər. Həbs edildiyi, amma nədənsə ekstradisiya prosesləri baş tutmayan “Ketrin Mihran” ləqəbli Mihran Poğosyanla bağlı baş verənlər xatırladılıb.
Sarkisyan hələ 12 il əvvəl mütəşşəkil dəstə tərkibində xüsusi ilə külli miqdarda əmlak ələ keçirmə məqsədilə quldurluq etmə və cinayətkar əməkdaşlıqda iştirak etməkdə ittiham edilib.
Söhbət 2008-ci ildə dövlət gömrük komitəsinin sabiq rəhbəri Armen Avetisyanın fərdi evinə quldurluq basqınından gedir. Hakimiyyət dəyişikliyindən sonra Ermənistan MTX açıqlama yayaraq bildirib ki, hücumun real sifarişçisi Levon Sarkisyan olub.
Ermənistan Respublikaçı Partiyasının keçmiş deputatı, siyasi səs-küyü olmayan və cinayətkar oliqarxiya sistemi daxilindəki bir “toqquşmanın” növbəti təzahürü ilə biruzə verən hadisədə ittiham olunur.
“Levon Sarkisyanın epizodu başqa mənada diqqət çəkir. Bir neçə gün əvvəl “1 Mart” hadisəsində təqsirləndirilən əsas şəxs, istintaq orqanının keçmiş rəhbəri Vahaqn Harutyunyan Moskvada həbs edilmişdi, lakin bir gün sonra Rusiya hakimiyyəti olduqca absurd bir qərarla həbsi ləğv etmişdi. Moskva “1 Mart” cinayəti üzrə keçmiş müttəhimləri, keçmiş müdafiə naziri Mikayel Harutyunyan, keçmiş baş prokuror Qevork Kostanyan və indi də Vahaqn Harutyunyanı “dişləri” ilə sıxıb saxlayır. Bütün bunları ümumi zəncir məntiqində nəzərdən keçirmək lazımdır və bildirmək lazımdır ki, rus elitası, yumşaq desək, “1 Mart” cinayətinin ortaya çıxmasında maraqlı deyil”, - deyə erməni siyasi ekspert Sarkis Artsruni bildirib.
Onun sözlərinə görə, Moskvada etdikləri hərəkətlərin erməni cəmiyyətinin qəzəbinə səbəb olduğunu başa düşürlər və Moskvanı Ermənistanın keçmiş kriminal oliqarxlarının nümayəndələrinin gizli mövqeyi ilə eyniləşdirirlər.
Belə olan məqamda mediaya Moskvanın “Alğaratsi Lyovik”in təhvil vermək qərarı verdiyi barədə məlumatlar sızdırılır.
“Rusiya hakimiyyətinin köhnə erməni sisteminə belə bir o qədər də maraqlı olmayan birini təhvil vermək qərarı verildiyi haldır. Belə təəssürat yaranır ki, Ermənistandan gələn tənqidlər fonunda Moskva Vahaqn Harutyunyanı Levon Sarkisyanla əvəz etmək qərarına gəlib və onu “sikkə” kimi istifadə edir. Bu problemin hərtərəfli həlli deyil, sadəcə Moskvanın bu yolla Ermənistan hakimiyyəti ilə sövdələşməyə çalışdığı taktiki addımdır. Moskva hələ də inqilabdan sonrakı Ermənistanla münasibətlərdə bu cür taktikaların heç də təsirli olmadığını başa düşməyib”, - deyə ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az