Ermənistana daha bir zərbə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gəldi

Ermənistana daha bir zərbə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gəldi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zasın Azərbaycan-Ermənistanla sərhədində baş verən atışma ilə bağlı verdiyi açıqlama martın 30-da KTMT-nin saytından çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat erməni mediasında yer alıb.

Lragir.am saytı xatırladır ki, Zasın bəyanatında kimin atəşkəsi pozduğu haqda fikir səslənməyib, üstəlik erməni hərbçilərinin yaralandığı haqda da informasiya verilməyib:

“KTMT baş katibinin şərhi belə bir təsəvvür yaradırdı ki, hərbi blokun üzvü Azərbaycandır, Ermənistanın isə ümumiyyətlə ona aidiyyəti yoxdur.

Zasın şərhləri çərşənbə axşamı KTMT-nin rəsmi saytında yerləşdirilib, lakin bir müddətdən sonra məlumat nədənsə saytdan çıxarılıb”.

Qeyd edək ki, general-leytenant Stanislav Vasilyeviç Zas Belarusun hərbi və dövlət xadimidir.

O, 2020-ci ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsində çalışır.

Qısa haşiyə: Belarusun Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi ilk hal deyil. Erməni saytı isə düz xatırladıb ki, Ermənistan hərbi blok olan KTMT-ın üzvü olsa da bu quruma heç bir aidiyyatı yoxdur. Onsuz da rəsmi İrəvan bölgədə həyata keçirilən iqtisadi layihələrdən, hətta siyasi bloklardan kənarda qalıb. Bu, onların işğalçılıq siyasətinin “məntiqi nəticədir”.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az