"Qarabağ parlamenti"ndə kimlər təmsil olundu?

"Qarabağ parlamenti"ndə kimlər təmsil olundu?

Qondarma rejimin 31 mart seçkilərini tanımasaq da, mane ola bilməsək də nəticələri haqqında məlumat vermək media görəvimizdir. “Prezident” seçkilərində Araik Arutunyanla Masis Mailyanın ikinci tura keçdiyi hələ rəsmən elan olunmasa da, erməni mətbuatı sayılmış bülletenlərə görə vəziyyəti belə dəyərləndirir. Dünən həm də qondarma rejimin parlament seçkiləri keçirilib və nəticələrindən məlum olur ki, parlamentdə 5 siyasi komanda təmsil olunacaq.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəhbəri Srbui Arzumanyan aprelin 1-də keçirdiyi mətbuat konfransında qeydiyyata alınmış 104,350 seçicidən 76.712 seçici və ya 73.5% seçkidə iştirak etdiyini bildirib. Etibarsız bülletenlərin sayı 2418 və ya 2,8% təşkil edib.

5% həddini keçmiş partiya və 7% həddini keçmiş siyasi bloklar seçilmiş sayılırlar.

Beləliklə, parlamentdə beş siyasi komanda təmsil olunacaq:

"Azad vətən" bloku (Araik Arutunyan) - 29688 səs (40.4%)

“Vahid vətən” (Samvel Babayan) - 17365 səs (23.63%)

"Artsaxın ədaləti" Partiyası (Vitaliy Balasanyan) -5865 səs (7.9%)

ARF ( Daşnak)- 4717 səs (6.4%)

Artsax Demokrat Partiyası (Aşot Gulyan) - 4269 səs (5.81%)

Mənbə: moderator.az