Erməni partiya sədri: “Paşinyanı təcrid etməyin effektiv forması həbs etməkdir, çünki o, ölkəni qeyri-sabit edir”

Erməni partiya sədri: “Paşinyanı təcrid etməyin effektiv forması həbs etməkdir, çünki o, ölkəni qeyri-sabit edir”

“Ermənistan Baş naziri Nikol Paşinyanın həyatında bir neçə dəfə fövqəladə vəziyyət olub. Redaktor olanda, kimsə haqqında pis məqalə yazanda pul götürüb və bir müddət bu barədə yazmağı dayandırıb, “1 Mart”da olub, o qaçanda və həbsxanada olanda “Vstreçi Qardaş”ın xidmətlərindən istifadə edib, çünki bu mühitdə olmaq onun üçün ciddi problemlər yaradırdı”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi xadim, “Milli razılıq” partiyasının sədri Aram Harutyunyan bildirib.

O qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin “padval”ı Nikol Paşinyanın sığınacağı olacaq.

“Paşinyanı təcrid etməyin effektiv forması həbs etməkdir, çünki o, ölkəmizi qeyri-sabit edir. Biz Paşinyana millət olaraq “dayan” deməliyik. O, fövqəladə vəziyyət şəraitində ölkəni idarə edə, üstəlik də (işğal altında olan – red.) Qarabağda cücərtilər aça bilməz. O, komendant təyin edib, lakin komendantın danışmasına imkan vermir. Özü irəli düşür, nəzarətçi rolunu oynayır, paylayıcı rolu alır, bu, xoşagəlməzdir”, - deyə Harutyunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az