Rəsmi Moskva: Hazırda Səudiyyə Ərəbistanı ilə danışıqlar aparılmır

Rəsmi Moskva: Hazırda Səudiyyə Ərəbistanı ilə danışıqlar aparılmır

Neft bazarının vəziyyəti ilə bağlı hazırda Rusiya ilə Səudiyyə Ərəbistanı arasında danışıqlar aparılmır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O, Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı rəhbərliyi ilə telefon danışığı aparmaq planı olmadığını da söyləyib.

“Lazım gələrsə tərəflər arasında tez bir zamanda görüş keçirilə bilər”, - deyə D.Peskov əlavə edib.

Qeyd edək ki, dünən Birləşmiş Ştatların və Rusiyanın enerji nazirləri neft bazarının vəziyyətini müzakirə edib. ABŞ Prezidenti Donlad Tramp Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı danışıqlarda iştirak edə biləcəyini bildirib.

Mənbə: azertag.az