Putin əllə görüşməkdən imtina edib? – Peskov açıqladı

Putin əllə görüşməkdən imtina edib? – Peskov açıqladı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin salamlaşma manerasını dəyişdirməsi, yoxsa yenə də şəxsi görüşlərdə əl sıxmağa davam etməsi barədə sualı cavablandırıb.

Teleqraf.com xəbər verir ki, o deyib:

“İndi hamı bir-biri ilə sosial məsafəni qoruyur, bunu əməl edir”.

Bundan əvvəl o, V. Putinin mütəmadi olaraq koronavirus infeksiyası üçün müayinədən keçdiyini, onunla bağlı hər şeyin yaxşı olduğunu demişdi. Peskov bunu martın 24-də prezidentlə görüşən Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenkonun koronavirusa yoluxduğu barədə xəbərlərdən sonra söyləmişdi.

Mənbə: teleqraf.com