Ermənistanda aztəminatlı ailələrə güzəştləri ləğv etmək istəyirlər

Ermənistanda aztəminatlı ailələrə güzəştləri ləğv etmək istəyirlər

Ermənistanın “Qazprom Armeniya” Qapalı Səhmdar Cəmiyyəti aztəminatlı ailələrə güzəştləri ləğv etməyi planlaşdırır.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, şirkət təbii qazın qiyməti üçün ictimai xidmətin tənzimlənməsi üzrə komissiyaya müraciət etməyi planlaşdırır.

Məlumata görə, aztəminatlı ailələrə satılan ildə 600 kubmetr təbii qazın qiymətini 100 min dramdan (198 ABŞ dolları) 135 min dramadək (269,13 ABŞ dolları) bahalaşdırmaq istəyir.

Xatırladaq ki, hazırda Ermənistan əhalisi qazın bir kubmetrini 29 sentə alır. Aztəminatlı ailələrə isə ildə 600 kubmetr qazı 20 sentə, qalanını isə 28 sentə satırlar.

Ermənistan Rusiyadan təbii qazın 1 000 kubmetrini 165 dollara alır.

Mənbə: report.az