Donald Trampdan koronavirusla bağlı GÖZLƏNİLMƏZ ETİRAF

Donald Trampdan koronavirusla bağlı GÖZLƏNİLMƏZ ETİRAF

Amerika BirləşmişŞtatlarının prezidenti Donald Tramp koronavirushaqqında əvvəllər gizlədilən məlumatlar haqqında açıq danışıb.

Sfera.az-ınxarici mediaya məlumatına görə, prezident Donald Tramp koronavirus təhlükəsi iləbağlı həqiqətləri bilərəkdən gizlətdiyini etiraf edib.

Tramp epidemiyanınhazırda ABŞ üçün böyük təhlükə olduğunu bildirməklə yanaşı gələcəklə bağlı pessimistdüşünmədiyini ifadə edib. Ancaq ölkənin aparıcı səhiyyə xadimləri ABŞ-da vəziyyətin nəzarət altına alına biləcəyi anıqaçırdıqlarını iddia edirlər.

Məsələn,Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni FauciAmerikada 100 mindən 200 minə qədər insanın virusdan ölə biləcəyini söyləyib. Bundan əlavə, ştatlarda infeksiya müalicəsiüçün lazım olan xəstəxana çarpayıları və avadanlıq çatışmazlığı mövcuddur.

Xatırladaqki, bu günə qədər ABŞ-da 189 min koronavirus infeksiyası hadisəsiqeydə alınıb. 7 min xəstəsağalıb, 4 minə yaxın adam ölüb.

Orxan

Sfera.az

Mənbə: sfera.az