Azay Quliyev beynəlxalq təşkilatlara təşəkkür etdi

Azay Quliyev beynəlxalq təşkilatlara təşəkkür etdi

"Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkilər"ə dair beynəlxalq reaksiya, o cümlədən Avropa İttifaqı və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları işğalçı Ermənistanın iflasını və Azərbaycanın ərazi bütövlüyünə alternativin olmadığını bir daha nümayiş etdirdi”.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev facebook hesabında bildirib.

O, belə prinsipiallığa görə bütün təşkilatlara və ölkələrə təşəkkürünü ifadə edib.

Mənbə: lent.az