Məsuliyyətli davranaq, özünütəcrid qaydalarına riayət edək

Məsuliyyətli davranaq, özünütəcrid qaydalarına riayət edək

Yalnız bu halda koronavirusungeniş yayılmasının qarşısı alına bilər
Prezident İlham Əliyev ötən gün İqtisadiyyat naziriMikayıl Cabbarovu qəbul edərkən koronavirusa qarşı ölkədə həyata keçirilən mübarizətədbirlərinə toxunub, yeni məhdudlaşdırıcı qaydaların qüvvəyə mindiyinixatırladıb. Bildirib ki, yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bumübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarınındinamikasının azaldılmasıdır. Onun sözlərinə görə, dövlət tərəfindən qəbuledilmiş bütün qərarlara, atılmış addımlara baxmayaraq, dinamika artır və bunun əsassəbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Prezident İlham Əliyev deyibki, Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsinəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib. Bu gün digər ölkələrləmüqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq,artıq daxili yoluxma halları vüsət alır və yoluxan insanların sayı artır. Dövlətbaşçısı söyləyib ki, əgər belə gedərsə, onda gələcək günlərdə və gələcəkaylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaqdır. AzərbaycanPrezidenti ötən gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hərbir vətəndaşın əməl etməsinin zəruriliyini vurğulayıb. Əminliklə qeyd edib ki, əgərinsanlar özlərini məsuliyyətli apararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə,Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısı alına bilər.

Mübarizənineffektivliyi hər birimizdən asılıdır
Milli MəclisinSəhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə dəstəkolaraq bildirib ki, hazırda planetimizin böyük bir fəlakətlə - koronavirusla(COVID-19) ciddi və çətin mübarizə aparır. Onun sözlərinə görə, bütün dünya ölkələri,beynəlxalq səhiyyə təşkilatları, Birləşmiş Millətlər Təşkilatı (BMT), habeləayrı-ayrı dinlərin rəhbərləri bəşəriyyəti bu fəlakətdən qurtarmaq üçün eyni hədəfəvurur, hamını bu qorxulu düşmənlə mübarizəyə səsləyirlər. Deputat deyib ki, ölkələrinəksəriyyəti pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, sərtqaydalar tətbiq etməli olur: "Biz də bu dünyanın bir hissəsiyik. Bizim də dövlətimizvə onun başçısı xalqımızı bu bəladan az itkilərlə çıxartmaq üçün zəruri olanbütün mühüm tədbirləri görür, xalqın sağlamlığı barədə düşünür. Təəssüf ki, Azərbaycandada virusa yoluxma halları var və xəstələrin sayı getdikcə artır. Sağlamlıqinsan üçün hər zaman birinci yerdədir və hər kəsin sağlamlığı, ilk növbədə,onun özü, ailəsi və yaxınları üçün lazımdır. Amma ən vacibi odur ki, insanınsağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün çox əhəmiyyətlidir. Hər birAzərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, ehtiyacolmadığı təqdirdə evdən çıxmamaq, bununla da dövlətimizə və həkimlərə dəstəkolmaqdır. Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, bu gün həkimlərə köməkgöstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur. Bu böyük bəlailə mübarizənin effektivliyi, ilk növbədə, həm də fərdi olaraq vətəndaşın özündənasılıdır”.

Həkimlərimizəəlavə problemlər yaratmayaq
R.Mahmudov söyləyib ki, ölkəmizdə xəstəlikləmübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsizdavranış nümayiş etdirirlər: "Azərbaycan dövləti həkimlərin əməyini yüksək qiymətləndirir.Prezident İlham Əliyev Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında dadediyi kimi, həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətinproblemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar. Bu gün və sabahxalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən birbaşa asılıdır.Vətəndaşlarımız həkimlərimizə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiztöhfələrinin nəticəsiz qalmayacağına inanırlar. Bununla belə, ölkəmizdə xəstəlikləmübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar "mənə heç nəolmaz” fikri ilə rahatca küçələri dolaşır, şəhərə çıxırlar. Bu, yolverilməzdir.Mən həmin vətəndaşlara səslənirəm. Yaşadığımız çətin günlərdə insanların bu fəlakətinnecə acı nəticələr verə biləcəyini anlamaları çox vacibdir. Bu ağır günlərdə Azərbaycanhəkimləri, sözün həqiqi mənasında, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərirlər.Ona görə də vətəndaşları həkimlərin tövsiyələrinə qulaq asmağa çağırıram. Hərbir vətəndaşımız bu tövsiyələrə riayət etməlidir. Tövsiyə isə çox sadədir: məsuliyyətliolmaq, evdə qalmaq”.

Həmrəylik nümayiş etdirmək
Ehtiyatdaolan təhlükəsizlik zabiti, polkovnik Elcan Abdullayev də Prezident İlham Əliyevin çağırışına dəstəkolaraq bildirib ki, insanlar özlərini məsuliyyətli aparmalı, özünütəcridqaydalarına ciddi əməl etməlidirlər. Onun fikrincə, tətbiq edilən qaydalara vəqadağalara əməl etməklə, yüksək səviyyədə nizam-intizam göstərməklə, gigiyenikqaydalara riayət etməklə Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısınıalmaq mümkündür: "Hesab edirəm ki, hər bir vətəndaş öz üzərində məsuliyyət hissedərək ölkə rəhbərinin çağırışına qoşulmalı, ona dəstək verməli, həmrəyliknümayiş etdirməlidir. Hətta deyərdim ki, koronavirusa qarşı mübarizə tədbirləriçərçivəsində qaydalar daha da sərtlədirilməli, Operativ Qərargahın elan etdiyiiş rejimindən başqa, evdən kənara çıxan şəxslər cərimə edilməlidir. Çünki, beş-onmin insanın məsuliyyətsizliyi on milyon insanı pis vəziyyətdə qoya bilər. Mediadanaldığım məlumata görə, bu gün Bakıya girişdə sıxlıq yaşanıb. Bir çox hallardamüəyyən olunub ki, bu avtomobilləri idarə edənlır heç də işə gedənlər deyil, sadəcəşəhərə gəzintiyə çıxanlardır. Gündəlik işləyib evlərinə çörək pulu aparan şəxslərinqaydaları - qadağaları pozmasını hardasa anlamaq olar. Amma sadəcə şəhərə gəzməyəçıxmaq üçün qadağaları pozan şəxslərə güzəştə getmək olmaz. Belələri qanun çərçivəsindəcəzalandırılmalıdırlar. Digər tərəfdən, canab Prezidentin göstırişi ilə bu həftəərzində bəzi kateqoriya insanlara müəyyən ödəmələr ediləcək ki, bu da onlarınsosial durumuna dəstək xarakteri daşıyır. Zənnimcə, bundan sonra çölə çıxmaqüçün bəzilərində bu və digər bahənələr ümumiyyətlə olmayacaq”.

Cəmiyyət üçüntəhlükəli daşıyıcıya çevirilmək
İnformasiya TəşəbbüslərinəDəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə koronavirus pandemiyasının qlobal xarakter daşıdığınıxatırladaraq, xəstəliyin qarşısının alınması üçün hər bir dövlətin fərdimübarizə aparmaq məcburiyyətində qaldığını söyləyib. O, qəzetimizəaçıqlamasında bildirib ki, yeni koronavirusa qarşı hər hansı vaksin tapılmayıbvə hazırda bütün dövlətlərin yeganə istinad mənbəyi Ümumdünya Səhiyyə Təşkilatınıngöstərişlərindən ibarətdir: "Bu səbəbdən bütün ölkələr öz sərhədlərini bağlayaraq, ölkə əhalinisinibu qorxulu pandemiyadan qorumağa çalışır. Dünyanın iqtisadi və həmçinin tibbibaxımdan inkişaf etmiş ABŞ kimi ölkəsində ötən gün bu virusa yoluxanların sayı25 minə yaxın, ölənlərin sayı isə 900 nəfərdən artıqdır. Bütün bu gerçəkliklərinəzərə alan Prezident İlham Əliyev növbəti dəfə ölkə vətəndaşlarına müraciət edərək,onları məsuliyyətli olmağa çağırıb. Dövlət başçısının qeyd etdiyi kimi, yeni məhdudlaşdırıcıtədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılması vəyoluxma hallarının dinamikasının azaldılmasıdır. Bəzən bizim bilmədiyimiz ənmühüm informasiyalar dövlət başçılarında olur. Ölkə rəhbəri xalqa müraciətindənə maliyyə vəsaitlərində, nə ərzaq təminatında, nə də digər sahələrdə problemlərin olduğunu bildirmədi. Çünkidövlətimizin iqtisadi imkanları bir neçə ay ərzində ola biləcək iqtisadidurğunluğu qarşılamaq gücündədir. Narahatçılıq doğura biləcək yeganə məqam bəzi vətəndaşların məsuliyyətsizliyi, rəsmiqurumların müəyyənetdiyi qaydaları pozulmalarıdır.Bu, çox ağır nəticələrə gətirə bilər. Çünki bu xəstəlik, tez yoluxma gücünəmalikdir və həndəsi silsilə ilə artır. Digər ölkələrdə olduğukimi, Azərbaycandadaxroniki xəstəliklərin daşıyıcıları var. Koronavirus həmin şəxslər üçün çox ağır keçir vəölümlə nəticələnə bilər. Sağlam insanların bu xəstəliyə yoluxduğu halda, onlarında cəmiyyət üçün təhlükəli daşıyıcıya çevirildiyini hər birimiz çox gözəlbilirik. Hamımızın ailəsində xroniki xəstəliyi olan insanlar ola bilər, yaxudyaşlı valideynlərimiz və ya yaxın qohumlarımız var. Ona görə də hər birimizqaydalara ciddi riayət etməli, sadəcə özümüzü deyil, bütün ölkə əhalisini, dövlətimizidüşünməliyik”.
Yaşamaq üçünevdə qalmağa dəyər
C.Hüseynzadəbu gün Birinci vitse-prezident Mehriban Əliyevanın da xalqa müraciət etdiyinixatırladıb. Qeyd edib ki, bu narahatlıq vətəndaş məsuliyyətsizliyinin ölkə əhalisininsağlamlığına vura biləcəyi zərbədən irəli gəlir: "Vətəndaş, sadəcə insan məsuliyyətinümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilənsəylərin gözlənilən nəticəni verməyəcəyi barədə Mehriban xanım Əliyeva açıqfikrini ifadə etdi. Bu da o deməkdir ki, bir vətəndaşın məsuliyyətsizliyionlarla, yüzlərlə insanın ölümünə səbəb ola bilər. Artıq Azərbaycankoronavirusla bağlı o mərhələdədir ki,bu pandemiyanın idarəolunması vətəndaşların iradəsinə bağlıdır. 20 gün ərzindəkidavranışımızla, yəni tətbiq olunan qadağalara, qayda-qanunlara riayət etməklə bizbu virusa qalib gələ, yaxud məsuliyyətsizlik etməklə yüzlərlə insanın həyatınason qoya bilərik. O baxımdan bəlkə də indiyənə kimi, ölkənin taleyi indiki qədərhər birimzidən asılı olmayıb. Ona görə də hər birimiz məsələyə ciddi yanaşmalıyıq.Hər hansı və o qədər də həyatı vacib olmayan şəxsi təlabatlarımızı arxa planakeçirməliyik. Ölkə rəhbərliyi, ictimai xadimlər, ziyalılar, həkimlər, müəlimlər hər birimizə çağırış edərək, sağ qalmağımızüçün evdə qalmağımızı rica edirlər. Mən də onlara dəstək olaraq, vətəndaşlarımızasəslənərək deyirəm ki, yaşamaq üçün evdə qalmağa dəyər”.
RufikİSMAYILOV

Mənbə: kaspi.az