“Heç bir dövlət bu bölgədə keçirilmiş qondarma seçkiləri tanımır”

Martın 31-də Azərbaycanın işğal edimiş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"in münaqişənin həlli ilə bağlı vasitəcilik prosesinə heç bir müsbət təsiri yoxdur.

"Qafqazinfo" xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza News.Az xəbər saytına açıqlamasında deyib.

“Ermənistan hakimiyyəti indiyədək Dağlıq Qarabağda dəfələrlə bu kimi qondarma “seçkilər” keçirib, lakin bunlar həqiqətəndə münaqişənin həlli ilə bağlı vasitəçilik prosesinə heç bir müsbət təsir göstərməyib. Ermənistan daxil olmaqla, heç bir dövlət bu bölgədə keçirilmiş qondarma seçkiləri tanımır,” deyə keçmiş səfir deyib.

Brayza vurğulayıb ki, Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması bütün dünya birliyinə bəllidir.

Keçmiş səfir açıqlamasında, bütün dünyanın koronavirus infeksiyası ilə mübarizə apardığı bir vaxtda belə bir seçkilərin keçirilməsinin nə dərəcədə doğru olub-olmadığına da münasibət bildirib.

“Seçkilərin necə təşkil olunduğu çox maraqlıdır. Ermənistan hakimiyyəti həqiqətən də bu qondarma səsvermə zamanı Qarabağdakı insanların aralarında müəyyən ara məsafəsi saxladığına və koronavirusla mübarizədə əsas amillərdən sayılan sosial uzaqlaşmanın təmin olunduğuna əmindirmi? Mən həm Ermənistan, həm də Qarabağda yoluxma halları ilə bağlı statistika ilə tanış deyiləm, lakin Ermənistan hakimiyyəti yaxşı olardı ki, dünyada geniş yayılmış bir infeksiya ilə mübarizə zamanı bu qondarma seçkilərdə gördükləri tədbirlərə aydınlıq gətirsinlər. Qondarma “Seçkilər”-in Azərbaycanın ərazisində keçirildiyini nəzərə alsaq, bu ölkənin narahat olması anlaşılandır,” -deyə Brayza əlavə edib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır” - UEFA

SONRAKI XƏBƏR

“Koronavirus” fırıldaqçıları pul qazanmağın yeni növünü icad ediblər