“Tərəfdarı deyiləm ki, biz bu “seçkilərə” bu qədər diqqət yetirək… " - Mənim mövqeyim bundan ibarətdir”

Azərbaycanınsabiq xarici işlər naziri Tofiq Zülfüqarovun yaxın günlərdə səsləndirdiyi “Nəhayəttəkbətək qaldıq - Ermənistan,Azərbaycan və Koronavirus” ifadəsi ictimai rəydə xeyli rezonans doğurub.

Moderator.az həmbu tezisin arxasında dayanan geosiyasi prosesləri, həm də Dağlıq Qarabağdakeçirilən “seçki” şousunu şərh etmək üçün Tofiq Zülfüqarova müraciət edib.

Sabiq nazirbildirib ki, belə bir fikri söyləyərkən o, hazırda cərəyan edən bir sıra proseslərinməntiqi gedişini nəzərə alıb:

“Biz görməyəbilmərik ki, dünya ciddi böhran qarşısındadır”

“Hazırda elanedilən pandemiya hələ epidemiya demək deyil, epidemiya daha yüksək səviyyədəolan hadisədir. ÜST-ün məlumatlarına baxsaq görərik ki, dünyada pandemiyalarindiyədək çox olub və bir sıra xəstəlikərə aid edilir.

Ancaq biz onu da görürük ki, bu pandemiya geopolitik vəziyyətə təsir baxımından ciddi şəraityaradıb. Müşahidə edirik ki, artıq dost sayılan ölkələr arasında gərginlikyaranır, narazılıq ortaya çıxır.

O da açıqgörünür ki, artıq dünyada ciddi siyasi dəyişikliklər baş verir. Eyni zamanda,iqtisadi böhran da göz önündədir. Neftin qiyməti bu vaxtadək olmadığı qədərucuzlaşıb. Biz görməyə bilmərik ki, dünya ciddi iqtisadi böhran qarşısındadır.

Digər bir prosesdə müşahidə edirik: dövlətlər maraqlarını müdafiə edərkən çalışırlar ki, bunu özsuveren hüquqları çərçivəsində həyata keçirsinlər, hər ölkə ayrılıqda öz vətəndaşlarınıntəhlükəsizliyini təmin etməyə çalışır. Beynəlxalq təşkilatlara, o cümlədənBMT-yə ümid bəslənilmir.

Yəni, bu dəyişiklilərinbaş verməsi istər-istəməz bizim bölgəmizə də təsir edəcək. Həm ölkə olaraq Azərbaycana,həm də bölgədə baş verən münaqişəyə. Ermənistanda da vəziyyət ağırdır. Buproblemlər təbii olaraq konfliktin gedişinə təsir edəcək. Bu göz önündədir.

İstər-istəməz buvəziyyət daha real faktorları və elementləri ortaya çıxarır. Azərbaycanla Ermənistanınəhalisinin say fərqi, iqtisadi imkanlar, hərbi potensial, tibbi-sanitar sektorun səviyyəsi, səfərbərlikvə sair amillər. Hansı ki, bunlar pandemiyadan əvvəlki vəziyətə o qədər də təsiretmirdi. Çünki beynəlxalq faktorlar vardı, hansı ki, Ermənistanın öz imkanlarıilə deyil, hansısa xarici qüvvənin köməyi ilə siyasətini həyata keçirməyə şəraityaradırdı. İndi isə bu imkanlar zəifləyib.

Mən bu fikrisöylərkən bunları nəzərdə tuturam”.

“Tərəfdarı deyiləmki, biz bu “seçkilərə” bu qədər diqqət yetirək… Mənim mövqeyim bundan ibarətdir

Tofiq ZülfüqarovDağlıq Qarabağdakı “seçkilər”dən danışarkən bu hadisəyə də fərqli münasibət sərgiləyib.Onun sözlərinə görə, əslində biz ermənilərin belə “tamaşalarına” bu qədər ciddiyanaşıb onları reklam etməməliyik:

“Mən, ümumiyyətlə,onun tərəfdarı deyiləm ki, biz bu “seçkilərə” bu qədər diqqət yetirək.

Çünki biz, ilknövbədə başa düşməliyik ki, orada baş verən hadisələrin kökündə nə dayanır. Bizbunu aydın şəkildə anlamalıyıq ki, işğal olunmuş ərazilərimizdə özişğalıçılğını gizlətmək üçün Ermənistan qondarma qurumlar yaradıb və göstərməkistəyir ki, burada guyaki ikinci erməni dövləti var.

Ancaq əslində,hamı başa düşür ki, Dağlıq Qarabağda nə ikinci bir dövlət var, nə hansısa qurumvar ki, biz ona xüsusi diqqət yetirək.

Söhbət bizim torpaqlarımızınErmənistan tərəfindən işğalından və etnik təmizliyindən gedir ki, o da bu ərazilərdəbu və digər şəkildə öz təbliğatını aparmaq üçün müxtəlif siyasi şoular düzəldir.

Bu baxımdan,düşünürəm ki, biz əsasən, bu siyasəti tənqid etməliyik, ermənilərin oyununagetməməliyik. Dolayısı ilə onların bu oyunlarını reklam etməməliyik.

Mənim mövqeyimbundan ibarətdir”.

T. Zülfüqarovunsözlərinə görə, Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatınısəsləndirəndə bununla açıq-aşkar dünyaya göstərib ki, burada irredentizm siyasətivar, yəni bir ölkənin digərinə, Ermənistanın Azərbaycana ərazi iddiaları vardırvə bu ərazi iddialarını onlar işğalçılıqla həyata keçiriblər. Bu ərazilərdə tamşəkildə etnik təmizləmə aparıblar. İndi isə onların məqsədi Azərbaycanın butorpaqlarını anneksiya etməkdir, yəni özlərinə birləşdirməkdir. Bütün buoyunların arxasında bu siyasət dayanır".

Taleh

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

"Hansı futbolçu belə durumla üzləşsəydi, gecə yata bilməzdi"

SONRAKI XƏBƏR

Başçı şəhərin küçələrində maarifləndirmə işləri aparıb