Moldova portalında Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən məqalə dərc olunub

Moldova portalında Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən məqalə dərc olunub

Moldovanın tribuna.md portalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın soyqırımı günü ilə bağlı fikirləri yer alıb.

Qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Məqalədə, həmçinin soyqırımı ilə bağlı tarixi faktlar, rəqəmlər yer alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Mənbə: azertag.az