Ərdoğan: Insanlar könüllü karantinə tabe olmasa, əlavə tədbirlər görüləcək

Ərdoğan: Insanlar könüllü karantinə tabe olmasa, əlavə tədbirlər görüləcək

Çərşənbə günü Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan koronavirus daha çox yayılarsa və insanlar "könüllü karantinə" tabe olmazsa, əlavə tədbirlər görülməli olacağını bildirib.

“Bütün vətəndaşlarımız könüllü olaraq karantində olsalar, əlavə tədbirlərə ehtiyac qalmayacaq. Ancaq pandemiya yayılarsa və vətəndaşlarımız evdə qalmazlarsa, daha ciddi tədbirlər görə bilərik" - deyə, Ərdoğan AKP-nin televiziya ilə nümayiş etdirilən yığıncağında bildirib.

Cəmi üç həftə ərzində 214 nəfərin ölümünə, 13000-dən çox insanın yoluxmasına baxmayaraq, Ərdoğan əsasən iqtisadi səbəblərə görə Türkiyənin tamamilə bağlanacağı barədə heç nə deməyib.

Ərdoğan "İstehsal və ixracı davam etdirməyə qərarlıyıq" deyib.

Bu arada, Türkiyə İtaliya və İspaniyaya maska, xüsusi kostyumlar, eynək və dezinfeksiyaedici maddələrlə dolu təyyarə göndərib.

Mənbə: www.amerikaninsesi.org