Karantin uzansa, iqtisadiyyat çökəcək – Jarov

Karantin uzansa, iqtisadiyyat çökəcək – Jarov

İnsanlar hələ də koronavirusa görə vəd edilən heç bir sosial dəstəyi almayıblar, bu, artıq qıcıqlanma yaradır.

Axar.az xəbər verir ki, bunu “Rosbalt”a açıqlamasında rusiyalı sosioloq Maksim Jarov deyib.

“İnsanlar hakimiyyətin hansı əsasla onlardan evdə qalmağı tələb etdiyini anlamır. İş verənlər hansı əsasla işçilərinin ofisdən işləməmələrini anlamırlar. Burada çoxlu sayda sual var. Məhz Vladimir Putin hakimiyyətin nə etdiyini anlatmalıdır. Əks təqdirdə inam itəcək, bu pozuntunun nəticələri çox uzun müddətli olacaq və pandemiya bitdikdən sonra onu düzəltmək çətin olacaq. Karantin iqtisadiyyata ziyan vuracaq. O, nə qədər çox davam etsə, o qədər pis olacaq. Dünya iqtisadiyyatı və aparıcı ölkələrin iqtisadiyyatları kövrəkdir. Bizim iqtisadiyyatımız xüsusilə kövrəkdir, ona görə də fövqəladə tədbirlər uzun olmamalıdır, əks təqdirdə dağıdıcı proses başlayacaq”, – deyə o bildirib.

Mənbə: axar.az