İtaliyada Avropa İttifaqına qarşı etiraz kampaniyası - Aİ bayraqları çıxarıldı

Dünyanı bürüyən Kovid-19 epidemiyasında ən çox itki verən İtaliyada Avropa İttifaqına qarşı etiraz kampaniyası başlayıb.

Avropa.info xəbər verir ki, xeyli italyan siyasətçi kamera qarşısına keçərək koronovirusla mübarizədə Aİ-nin İtaliyanın yanında olmamasına etiraz edib. İtalyanlar Avropa İttifaqına etiraz kimi Aİ bayraqlarını çıxararaq yerinə İtaliya bayraqları taxıblar.

Etiraz aksiyasına İtaliya Nümayəndələr Palatasının sədr müavini Fabio Rampelli başlayıb. Rampelliyə Kadonoqe bələdiyyə sədri Marko Çizaro da qoşulub. Bələdiyyə binası qarşısındakı Aİ bayrağını iplə bağlayaraq etirazını bildirib.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Pakistan korona dəhşəti yaşaya bilər – Şok səbəblər

SONRAKI XƏBƏR

Nuran Abdullayev: “İnfarkt simptomları olanların COVID-19 testindən keçmələri məsləhət görülür”