Erməni hərbi xadim: “Qarabağı itirərək Ermənistanı itirəcəyik”

Erməni hərbi xadim: “Qarabağı itirərək Ermənistanı itirəcəyik”

“Pandemiya vəziyyətində ölkənin Baş naziri operativ olmaqla yanaşı ən azından bir neçə istiqamətdə işləməyə məcbur idi”. Ordu.az xəbər verir ki,bunu erməni hərbi xadim Gevorq Gevorqyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanda vəziyyət tamamilə fərqli olsa da, Baş nazir kürsüsünü tutan liberal-qlobalçı “izm”lərin populisti olmadan çətin mənəvi-psixoloji, sağlamlıq, sosial-iqtisadi vəziyyətə düşmüş cəmiyyətin hislərini daha da ağırlaşdırır.

“Bu, Ermənistanda hökm sürən vəziyyətdir, bəs Qarabağda? Qarabağda tərəzinin gözünə bir tərəfdən təhlükəsizlik, müdafiə, iqtisadi tərəqqi, milli maraq, digər tərəfdən isə yeni genişmiqyaslı müharibə, təxminən 300.000 azərbaycanlının 150.000 erməninin yanında məskunlaşması, Azərbaycanın ərazi bütövlüyü ideyasına xidmət qoyulub.

Qarabağ ətrafında birləşməliyik, çünki Qarabağ Qarsımızın qalasıdır, onu itirməyə hüququmuz yoxdur, Biz Qarabağı itirərək Ermənistanı itirəcəyik, Qarabağı xilas edərək Ermənistanı, aldanmış xalqımızı, nə zamansa birliyimizi xilas edəcəyik”, - deyə Gevorqyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az