Belçikada koronavirus NATO-nun planlarına təsir etdi - Bütün proqram və təlimlər dayandırıldı

Belçikada koronavirus NATO-nun planlarına təsir etdi - Bütün proqram və təlimlər dayandırıldı

Yeni növ koronavirus NATO-nun da fəaliyyətinə təsirini göstərib.

Alyansın mənzil-qərargahında 5 nəfərdə infeksiyanın aşkarlanmasından sonra, bir çox proqram və təlimlərin reallaşdırılması dayandırılıb. Bildirilir ki, Alyansın hərbi qulluqçuları arasında da yoluxma halı qeydə alınıb. Lakin xəstələrin dəqiq sayı açıqlanmır. Qeyd edək ki, NATO nümayəndələrinə səfərlər qadağan edilib. Bu üzdən bütün müzakirələr interaktiv rejimdə aparılır. Sabah quruma üzv dövlətlərin Xarici İşlər nazirləri arasında danışıqlar da videokonfrans şəklində təşkil olunacaq. Diplomatlar Covid-19 virusuyla mübarizə imkanlarını və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

atv.az

Mənbə: www.atv.az