Karantin rejimini pozduğu üçün həbs edilən AXCP üzvü azadlığa çıxdı

Karantin rejimini pozduğu üçün həbs edilən AXCP Ali Məclisinin üzvü azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, 10 sutka azadlıqdan məhrum edilən Anar Məlikov bu gün azadlığa buraxılıb.

AXCP Ali Məclisinin üzvü Anar Məlikov Cəlilabad rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə azadlıqdan məhrum edilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə təqsirli bilinirdi.

Anar Məlikov həbs edilmədən öncə koronavirusla bağlı feysbukda bir neçə paylaşım edib. Cəlilabaddakı karantin yerində mövcud çatışmazlıqları ictimailəşdirib. Onun paylaşımlarının panika doğuran və yalan məlumatlar olduğu bildirilirdi.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

ŞOK: ABŞ-da avtomobili it sürdü, polislər təqib etdi – Kinosayağı əməliyyat

SONRAKI XƏBƏR

Koronavirus əleyhinə qayda pozanlara cinayət işlərinin açılması vaxtı çatıb