Rəy: Tramp hər şeydən çox neft müzakirələri ilə maraqlanır

Üçtərəfli format da mümkündür, çünki yenicə növbəti fəaliyyət dövrünü başa vurmuş OPEC + platformasının yaradılması presedenti mövcuddur

ABŞ prezidenti Donald Tramp neft hasilatı üzrə Rusiya və Səudiyyə Ərəbistanı ilə danışıqlar apardığını bəyan edib. Politoloq Vladimir Şapovalov Sputnik radiosunun efirində vəziyyətlə bağlı öz baxışını ifadə edib.

“ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı neft sənayesini dəstəkləmək üçün qlobal neft qiymətlərinin artımını müzakirə edəcəklər”, - deyə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onlar (Rusiya və Səudiyyə Əərəbistanı – red.) bir araya gəlməyi planlaşdırırlar, biz hamımız nə edə biləcəyimizi qiymətləndirmək üçün bir araya gəlməyi planlaşdırırıq. Çünki siz (neft) sənayeni itirmək istəmirsiniz. Bunlar minlərlə və minlərlə iş yerləridir", - deyə Tramp mətbuat konfransında bildirib.

O, etiraf edib ki, neftin qiymətinin aşağı olması bir tərəfdən Amerika aviaşirkətlərinə kömək edir, digər tərəfdən isə Amerika neft sənayesinə zərər vurur.

Trampın sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla "yaxşı söhbət" aparıb.

Sputnik radiosunun efirində politoloq, Möskva Pedaqoji Universitetinin Tarix və Siyasət İnstitutunun direktor müavini Vladimir Şapovalov deyib ki, məhz ABŞ bu vəziyyətdə daha çox zərərçəkən tərəf olub.

"Hazırda neft bazarında üç əsas oyunçu var: OPEC-i təmsil edən Rusiya, Səudiyyə Ərəbistanı və öz neft kompleksi ilə ABŞ. Odur ki, qiymətlərin ciddi şəkildə aşağı düşdüyü bir şəraitdə üç iri neft istehsalçısı arasında danışıqlar tamamilə məntiqli addımdır. Əslində, Tramp artıq danışıqlara başladı. Neftin qiymətinin ucuzlaşması zamanı məhz Amerikanın neft sənayesi uduzan əsas tərəfdir, çünki Amerika neftinin maya dəyəri Rusiya və Səudiyyə Ərəbistanı neftinin maya dəyərindən xeyli artıqdır. Qiymətlərin daha da aşağı düşəcəyi, yaxud aşağı qiymətlərin davamlı olaraq qorunacağı təqdirdə, Amerika neft sənayesinin böyük hissəsi müflisləşəcək və bu artıq baş verir. Buna görə Tramp neftin qiymətinin kifayət edəcək səviyyədə qalmasında maraqlıdır”, - deyə Vladimir Şapovalov bildirib.

Onun fikrincə, Rusiya - Səudiyyə Ərəbistanı - ABŞ formatında neftlə bağlı danışıqların aparılması tamamilə mümkündür.

"Rusiya həmişə danışıqlar prosesinə açıqdır. Rusiya və ABŞ prezidentləri arasında telefon danışığının artıq baş tutması danışıqlar prosesinin mümkünlüyünü göstərir. Üçtərəfli format da mümkündür, çünki yenicə növbəti fəaliyyət dövrünü başa vurmuş OPEC+ platformasının yaradılması presedenti mövcuddur. Buna görə də düşünürəm ki, Tramp bu danışıqların təşəbbüskarı olacaq", - deyə Vladimir Şapovalov bildirib.

OPEC+ ölkələri martın 6-da neft hasilatının azaldılması və ya uzadılması haqqında razılaşmaların parametrlərinin dəyişdirilməsi barədə razılığa gələ bilməyiblər. Rusiya mövcud şərtləri saxlamağı, Səudiyyə Ərəbistanı isə neft hasilatını əlavə olaraq azaltmağı təklif edib. Nəticədə, aprelin 1-dən etibarən əvvəlki alyansın iştirakçısı olan ölkələrdə hasilata məhdudiyyətlər aradan qaldırılır.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Tibb bacısı ağlayaraq xəbərdarlıq etdi: "Bu işin sonu yaxşıya getmir" - GÖRÜNTÜLƏR

SONRAKI XƏBƏR

Acun Ilıcalıdan Türkiyəyə böyük DƏSTƏK: “Həqiqətən də dəyərli millətik”