Ölkədə vəziyyət stabilləşir - İspaniya açıqladı

Ölkədə vəziyyət stabilləşir - İspaniya açıqladı

İspaniyada koronavirusla bağlı vəziyyət stabilləşmə mərhələsindədir.

Axar.az xəbər verir ki, bunu İspaniya Səhiyyə naziri Salvador İlya deyib.

“Məlumatlar hökumətin iki həftə əvvəl həyata keçirdiyi tədbirlərin təsirli olduğunu təsdiqləyir. Bu gün aldığımız məlumatlara əsasən deyə bilərik ki, biz həqiqətən də stabilləşmə fazasındayıq. Martın 14-də tətbiq olunan gücləndirilmiş rejim vaxtı koronavirusa yoluxma halları 20 faiz, martın 25-dən 29-dək 12 faiz, son üç gündə isə 8-10 faiz təşkil edib”, - İlya bildirib.

Qeyd edək ki, sutka ərzində ölkədə 7700 yeni yoluxma hadisəsi qeydə alınıb. Ölkədə ümumi yoluxanların sayı 102136 nəfər təşkil edir. Bir gün ərzində isə İspaniyada 864 nəfər ölüb. Bununla da ölkədə ölənlərin sayı 9053-ə çatıb.

Mənbə: axar.az