"Hələ Səudiyyə Ərəbistanı ilə neft mövzusunda heç bir dialoq aparılmır" Peskov

Rusiya tərəfi ilə Səudiyyə Ərəbistanının neft bazarındakı vəziyyətlə bağlı dialoqu hazırda davam etdirilmir, ancaq lazım gələrsə reallaşa bilər. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, iki ölkə arasındakı münasibətlərin "kifayət qədər yüksək səviyyədə" olduğunu vurğulayıb. "Bəzi fikir ayrılıqlarımız ola bilər, amma ümumilikdə Səudiyyə Ərəbistanı ilə ikitərəfli münasibətlərimiz lazım olduqda kifayət qədər effektiv dialoqa imkan verir", deyə Kremlin nümayəndəsi jurnalistlərə açıqlayıb.

Peskov əlavə edib ki, Vladimir Putin Səudiyyə Ərəbistanı rəhbərliyi ilə telefon əlaqəsi qurmağı planlaşdırmır.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Tehran meri xəbərdarlıq etdi - Koronavirus paytaxtda faciəyə səbəb ola bilər

SONRAKI XƏBƏR

Xəstəlik zamanı çay təhlükəli imiş?