Trampın koronavirus haqqında gizlətdikləri

Tramp, koronavirus haqqında həqiqəti gizlətdiyini etiraf edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp koronavirusla bağlı həqiqəti gizlətdiyini bildirib. "Mən hər şeyi bilirdim. Dəhşətli ola biləcəyini və bəlkə də yaxşı ola biləcəyini bilirdim. Pessimist olmaq istəmirəm", deyə ABŞ prezidenti etiraf edib.

Tramp koronavirusun tez bir zamanda yox olacaqmı sualına da cavab verib. Onun sözlərinə görə, belə bir vəziyyətə ümid etmək vacibdir.

Xatırladaq ki, ABŞ-da 188 mindən çox yoluxma hadisəsi qeydə alınıb, 4 mindən çox insan həyatını itirib.
Bu günə qədər, koronavirusa yoluxma hadisələri 180-dən çox ölkədə qeydə alınıb. Xəstəliyə yoluxanların ümumi sayı 800 min nəfəri keçib, 38,7 mindən çox insan isə ölüb.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Vəziyyət məsafədən işləmək tələb edir

SONRAKI XƏBƏR

Peskov Putinin koronavirusdan necə qorunduğunu açıqladı