GünazTV April.01.2020: Amerika çox çətin və məsuliyyətli dönəmdən keçir və qarşımızdakı iki həftə çox çətin olacaq.

GünazTV April.01.2020: Amerika çox çətin və məsuliyyətli dönəmdən keçir və qarşımızdakı iki həftə çox çətin olacaq.

Amerika çox çətin və məsuliyyətli dönəmdən keçir və qarşımızdakı iki həftə çox çətin olacaq. Ağ evdə jurnalistlərin suallarını cavablandıran Birləşmiş Ştatlar prezidenti Donald Truamp belə söylədi.Amerika tarixinin ən çətin evuakasiya prossesini icra edir. Dövlət Departamenti dünya ətrafındakı vətəndaşlarını ölkəyə gətirir.Bütün bunları, önümüzdəki çətin günlərdə insanların öz doğmaları ilə olması üçün edirik.

"Mən istəyirəm ki, hər bir Amerikalı önümüzdəki çətin günlərə hazır olsun.Biz çox çətin iki həftədən keçəcəyik.Ümid edirəm ki, ondan sonra çoxlu ekspertlərin dediyi kimi, işıq görünəcək.Bu bizə çox ağır, çox zülümlü iki həftə olacaq.Ölümlərin siyahısına baxanda bu görünməyən düşmənin daha dəhşətli olduğu görürük.Təkcə Nyu Jersidə dünən 29 nəfər ölüb."

Truamp dedi ki, o Nyu Yorka indi ürək ağrısı ilə baxır. Uşaqlıq illərnin keçdiyi həmin küçədə indi böyük həcimli morqlar yerləşdirilib. Ölkənin böyük bir milli imtihanın ortasında olduğunu deyən , Amerika prezidenti həkim ordusunu ağır döyüşə girən hərbiçilərə bənzətdi. Bütün dünyanın Covid-19 ilə mübarizə içində olduğunu xatırladaraq, xalqın üzərinə düşən məsuliyyətin vacib olduğunu dedi. Beynəlxalq allergiya və keçici xəstəliklər inistutunun rəhbəri olan dotor Fauci isə dedi ki, yaxın günlərdə kütləvi ölüm xəbərləri yayıla bilər, rəqəmlər yüksələcək, Amma bu heç kimi ruhdan salmamalıdır. Bunu bilin, əlimizdə hələ sehirli bir dərman və vaksin yoxdur. Biz hələlik yalnız təlimatlara əməl edərək yüksələn rəqəmləri durdura bilərik.Jurnalistin Amerikalılar 100 min insanın ölümünə hazırlaşmalıdır sualına Amerikanın ən güclü mütəxəsisisnin cavabı belə oldu.

“Cavabımız budur hə. Baxmayaraq bu rəqəmi demək bizi üzür, amma həqiqəti deyirəm və buna hazırlaşmalıyıq. Bu rəqəmlər 100 minlə 240 min arasında ola bilər.O qədərmi olacaq, ümid edirik olmaya da bilər.Mən düşünürəm biz nə qədər Ağ evin qaydalarına riayət etsək bunun qarşısını ala bilərik.Amma real olmaqla biz özümüzü bu hala hazırlamalıyıq”

Nyu Yorkun tarixin ən ağır dönəmini keçdiyinin dəfələrlə vurğulandığı toplantıda bildirildi ki, hökumət bütün gücünü orda cəmləşdirir. Nyu York qubernatoru Andrev Cuamo ölkənin tibb işçilərindən kömək istədi. Daha çox tibb işçisinə ehtiyaçımız var dedi.O, hər gün bu ştatda daha 9 min insanın virusa yoluxduğunu, ölü sayınının da durmadan artdığı deyir. Son məlumatlara görə, Amerika ərazisində 176 min insan virusa yoluxub, 3424 insan isə həyatını itirib.

 

Qənirə Ataş, GünazTV, Vaşinqton.

Mənbə: www.gunaz.tv