Qarabağ separatçıları təkrar “seçki”lərə gedir - həyasızlıq!

Qarabağ separatçıları təkrar “seçki”lərə gedir - həyasızlıq!

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda “seçki” şousu keçirən separatçılar növbəti həyasızlığa imza atmağa qərar veriblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “namizəd”lərdən heç biri “seçicilər”in 50 faizinin səsini toplaya bilmədiyi üçün “seçkilərin ikinci turu”nun keçirilməsinə qərar verilib. Erməni mənbələri bildirir ki, qondarma qurumun keçmiş “baş naziri”Araik Arutyunyan 49,25 faiz, sabiq “xarici işlər naziri” Masis Mailyan isə 26,4 faiz səs yığıb və ikinci tura keçib.

Beləliklə, separatçılar beynəlxalq hüquqa və koronavirus təhlükəsinə məhəl qoymadan 31 mart “seçki”sini keçiməklə kifayətlənmədi, üstəlik, şounu təkrarlamağa qərar verdilər. Hələlik “seçki” günü məlum deyil

Mənbə: cia.az