Yol polisinin cərimələrdən yığdığı vəsait necə bölünəcək?

Yol polisinin cərimələrdən yığdığı vəsait necə bölünəcək?

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə yığılan cərimələrin yeddi faizi dövlət büdcəsinə köçürüləcək.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Qeyd edək ki, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur.

Lakin vəsaitin qalan hissəsinin hansı mənbəyə yönləndirilməsi barədə dəqiq məlumat yoxdur.

Aqşin Kərimov

Mənbə: www.oxu.az