Baş Nazir Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi

Baş Nazir Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi

Nazirlər Kabineti “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 23 nömrəli qərarını ləğv edib.

“Report” xəbər verir ki, bununla Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” haqqında qərarı Azərbaycanın o zamankı Baş Naziri Artur Rasizadə imzalamışdı.

Mənbə: report.az