Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” qanunsuz sayır

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” qanunsuz sayır

Kişineu, 1 aprel, AZƏRTAC

Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində martın 31-də keçirilən qondarma “seçkiləri” pisləyən bəyanatla çıxış edib.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

Bəyanatda qeyd olunur ki, rəsmi Kişineu bu “seçkiləri” qanunsuz sayır və beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına zidd olduğunu bəyan edir. Bildirilir ki, bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur.

Moldova Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: azertag.az