"İnanırıq ki, Mubariz Mənsimovun FETÖ ilə gizli əlaqələri olmayıb..."

"İnanırıq ki, Mubariz Mənsimovun FETÖ ilə gizli əlaqələri olmayıb..."

Sayın Rəcəp Tayyip Ərdoğan!

Sayın İlham Əliyev!

Mübariz Mənsimova azadlıq istəyirik!

Sayın Rəcəp Tayyip Ərdoğan! Siz Türkiyə Cumhuriyyətini dünyada söz sahibi etdiniz! Türkiyə Cumhuriyyəti Sizin Prezidentliyiniz dönəmində terrorçuluğa qarşı regionumuzun və dünyanın lider dövləti oldu. Türkiyə ordusu Sizin başkanlığınız sayəsində dünyanın 8-ci ordusu sırasına yüksəlib.

Azərbaycan xalqı Sizi çox sevir. Xalqımız Sizi Türk dünyasının və dünyanın qəhrəman bir dövlət başkanı kimi dəyərləndirir.

Sizin Prezidentimiz İlham Əliyevlə dostluğunuz və qardaşlığınız dünyaya bir nümunə olmaqla, bütün Türk dünyasının həmrəyliyinin yaranmasına da bir vəsilə olub.

Sizin Prezidentimiz İlham Əliyevlə birgə çalışmalarınız sayəsində Türkiyə- Azərbaycan əlaqələri bütün zamanlarla müqayisədə daha yüksəklərə qalxıb.

Sayın Prezidentimiz İlham Əliyev! Siz Azərbaycanı Xəzər və Qara dəniz regionunun lider dövləti etdiniz! Siz Azərbaycan ordusunu dünyanın güclü orduları sırasına yüksəltdiniz! Sizin Ərdoğanla dostluğunuz və qardaşlığınız Azərbaycanın və Türkiyənin birgə qalxınması proseslərinə töhfələr verir.

Sayın Türkiyə Cumhurbaşkanı, Sayın Prezidentimiz İlham Əliyev! İnanırıq ki, Sizin dostluğunuz və qardaşlığınız, Sizin dünya ilə əməkdaşlığınız nəticəsində Azərbaycan və Türkiyə koronavirusla mübarizə prosesindən də uğurla və minimum itkilərlə çıxacaqdır.

Nəzərinizə çatdırıram ki, Azərbaycanın və Türkiyənin koronavirus pandemiyası ilə birgə mübarizə apardığı bir dövrdə böyük xeyriyyəçi, milyarder, Türkiyənin böyük dənizçilik şirkətini yaradan, minlərlə tələbələri öz pulu ilə oxutduran, müasir dövrümüzdə Hacı Zeynalabdin Tağıyev kimi ad çıxaran Mübariz İbrahimov Fetoçu ittihamı ilə Türkiyə həbsxanasına salınıb. Mübariz Mənsimovu Azərbaycanda milyonlarla insan sevir, yüz minlərlə insanlar mətbuatda və sosial şəbəkələrdə Mübariz Mənsimovu müdafiə edirlər.

Sayın Türkiyə Cumhurbaşkanı, Sayın Prezidentimiz İlham Əliyev! Mübariz Mənsimov Türkiyə və Azərbaycan sevdalısıdı. Mübariz Mənsimovun şirkətində 10 minlərlə Azərbaycan və Türkiyə vətəndaşları çalışırlar. Dövlətlərimiz Azərbaycan və Türkiyə koronavirus pandemiyasına qarşı intensiv mübarizə apardığı bir zamanda Mübariz Mənsimovun bu mübarizədən kənarda qalması nə Türkiyəyə, nə də Azərbaycana lazım deyil.

Sayın Türkiyə Cumhurbaşkanı Rəcəp Tayyip Erdoğan, Sayın Prezidentimiz İlham Əliyev! Mübariz Mənsimov dəfələrlə mətbuatda çıxışlar edərək Sizlərə sədaqətini bildirib. İnanırıq ki, Mubariz Mənsimovun FETÖ ilə gizli əlaqələri olmayıb.

Mətbuatda və sosial şəbəkələrdə 100 minlərlə insanların müraciətlərinə və Mübariz Mənsimovun Sizə müraciətinə istinad edərək Sizdən xahiş edirik Mübariz Mənsimovun haqqındakı həbs-qəti imkan tədbiri ləğv edilməsinə və azadlığa buraxılmasına yardımçı olasınız! Belə olan halda istintaq ədalətli olacaq. Azərbaycan xalqı sevinəcək. Mübariz Mənsimov Azərbaycan və Türkiyənin koronavirus pandemiyasına mübarizə işində yaxından iştirak etmək şansı qazanacaq. Mübariz Mənsimov Türkiyə və Azərbaycan iqtisadiyyatının qalxınmasında daha böyük işlər görəcək!

Mübariz Mənsimova yardım edin!

ALLAH yar və yardımçınız olsun!

Mənim Prezidentim İlhamdı https://www.facebook.com/groups/prezidentim.ilhamdi/ Prezidentə dəstək https://www.facebook.com/groups/1725216200947353/

Facebook qruplarımda Mübaiz Mənsimovu müdafiə edən 100 minlərlə insanların adından Sizə dərin hörmət və ehtiramla,

Qüdrət İsaqov

Professor, fizika-riyaziyyat elmləri doktoru,

Müstəqil Ekspert Qrupunun rəhbəri

 

P.S. Gəmilərinə verdiyi adlar da bir daha Mübariz Mənsimovun Azərbaycan sevgisini nümayiş etdirir.

1. Bakhtiyar Vahabzade,

2. Chingiz Mustafayev,

3. Dahi Bül-Bül,

4. General Shikhlinsky,

5. General Hazi Aslanov,

6. Heydar Aliyev,

7. Ilyas Efendiyev,

8. Ismayil Shikhly,

9. Mammad Amin Resulzadeh,

10. Mir Jalal Pashayev,

11. Mubariz Ibrahimov,

12. Nasibə Zeynalova,

13. Poet Qabil,

14. Riad Ahmedov,

15. Abulfaz Elchibay

16. Shovket Alekperova,

17. Zarifa Aliyeva,

18. Hacı Zeynalabdin Tagiyev

19. Agdash,

19. Agsu,

20. Gobustan,

21. Karabakh,

22. Lankaran,

23. Lerik,

24. Masalli,

25. Mugan,

26. Murovdag,

27. Nakhchivan,

28. Shirvan,

29. Shusha,

30. Baku,

31. Azerbaijan,

32. Borchali,

 

Mənbə: moderator.az