Getməyin, bunu daha da çətinləşdirəcəyik - Soylu

Getməyin, bunu daha da çətinləşdirəcəyik - Soylu

Vətəndaşlara mesajımız aydındır. Şəhərlərdən şəhərlərə getməyin. Biz bunu daha da çətinləşdirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

"İctimai asayişin qorunması bizim üçün ən vacib prosesdir: ikincisi, səhiyyə sistemini sağlam şəkildə ayaqda saxlamaq, üçüncüsü, müddətsiz qida təchizatını təmin etmək, dördüncüsü isə sosial məsafəni və sosial təcridi həyata keçirməkdir", - Soylu deyib.

Mənbə: axar.az