Rusiyada karantini pozanlara veriləcək həbs müddəti açıqlandı

Rusiyada karantini pozanlara veriləcək həbs müddəti açıqlandı

Prezidenti Vladimir Putin karantin və sanitar-epidemioloji qaydaları pozanların azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanunu imzalayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, qanuna əsasən karantin rejimini pozanlar səhlənkarlığa yol verərək kütləvi yoluxmaya səbəb olarsa, 1 milyon rubl cərimələnəcək, yaxud 3 ilədək həbs ediləcəklər. Əgər rejim qaydalarını pozmaq insan ölümünə səbəb olarsa, bu cərimə 2 milyon rubl, həbs müddəti isə 5 ilədək nəzərdə tutulur.

2 və daha artıq insan ölümünə səbəb olarsa isə, həmin şəxsi 7 ilədək həbs gözləyir.

Mənbə: qafqazinfo.az